RU

Pekin: Çin-Avropa İttifaqı sammitində fikir ayrılıqları aradan qaldırıla bilər - ÖZƏL

Çin Xarici İşlər Nazirliyi qarşıdakı Çin-Avropa İttifaqı sammitinin mürəkkəb beynəlxalq şəraitdə keçiriləcəyini və onun böyük əhəmiyyət daşıdığını bildirib. Nazirliyin rəsmi nümayəndəsi Qo Çziakunun sözlərinə görə, Pekin Brüssellə mövcud fikir ayrılıqlarının aradan qaldırılacağına ümid edir.
Olaylar.az xəbər verir ki, "İnsanlıq bir daha yol ayrıcındadır. Çin və Avropa çoxtərəfliliyə töhfə verən iki əsas güc kimi çıxış edir. Məhz belə bir zamanda keçiriləcək Çin-Avropa sammiti mühüm əhəmiyyət daşıyır", - deyə o, brifinq zamanı vurğulayıb.
Qo Çziakun əlavə edib ki, Çin tərəfi Avropa İttifaqının Pekinlə həmrəy şəkildə hərəkət edəcəyinə, zamanın ruhuna və hər iki xalqın, eləcə də beynəlxalq ictimaiyyətin ümumi gözləntilərinə uyğun davranacağına, konsensusu gücləndirərək fikir ayrılıqlarının aradan qaldırılmasına çalışacağına ümid bəsləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
44
12
olaylar.az

10Источники