RU

"Kəpəz" "Qəbələ" ilə üz-üzə

Bu gün "Qəbələ" və "Kəpəz" yoxlama oyunu keçirəcəklər.

"Football-plus.az" xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər. Görüş saat 18.00-da başlayacaq.

"Qəbələ"nin yay toplanışı avqustun 8-dək davam edəcək. Komanda bu müddət ərzində 5 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərdən birinin "İmişli" olacağı dəqiqləşib. Buna qədər "qırmızı-qaralar" "Şamaxı" ilə qarşılaşıblar (2:1).

"Kəpəz" üçün isə bu matç yayın ilk görüşüdü. Gəncəlilər də hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırlar. Bunlardan birinin iyunun 26-da isə "Şamaxı"ya qarşı olacağı bəllidi.

Избранный
6
5
football-plus.az

10Источники