AZ

"Kəpəz" "Qəbələ" ilə qarşılaşdı

style='margin-bottom:10px;'>

Bu gün "Qəbələ" və "Kəpəz" yoxlama oyunu keçiriblər.

QOL.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 2:0.

"Qırmızı-qaralar"ın qollarını Paulo Ouimbila (77) və Domi Massoumou (82) vurub.

"Qəbələ"nin yay toplanışı avqustun 8-dək davam edəcək. Komanda bu müddət ərzində 5 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərdən birinin "İmişli" olacağı dəqiqləşib. Buna qədər "qırmızı-qaralar" "Şamaxı" ilə qarşılaşıblar (2:1)

"Kəpəz" üçün isə bu matç yayın ilk görüşüdür. Gəncəlilər də hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırlar. Bunlardan birinin iyunun 26-da isə "Şamaxı"ya qarşı olacağı bəllidir. 

Seçilən
0
5
teleqraf.com

10Mənbələr