RU

Renat debüt matçında qələbə qazandı

Renat Dadaşov Polşanın "Motor" klubunda debüt edib.

"Football-plus.az" xəbər verir ki, həmyerlimizin komandası yüksək liqada yeni mövsümün ilk turu çərçivəsində "Arka"nı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunda yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub. Renat Dadaşov meydana 46-cı dəqiqədə - hesab 0:0 olanda çıxıb. O, 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Xatırladaq ki, Renat ötən mövsümün ikinci yarısında Polşanın digər klubu "Radomyak"da çıxış edib. O, yeni klubu ilə birillik müqavilə bağlayıb.

Избранный
11
3
football-plus.az

8Источники