AZ

Renat Dadaşov debütdə “fərqləndi”

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” klubunda debüt edib.

Msport.az xəbər verir ki, Ekstraklasada yeni mövsümün ilk turu çərçivəsində Dadaşovun komandası öz meydanında “Arka”nı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunda yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub. Renat Dadaşov meydana 46-cı dəqiqədə – hesab 0:0 olanda daxil olub. O, 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, Dadaşov ötən mövsümün ikinci yarısında Polşanın digər klubu “Radomyak”da çıxış edib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Seçilən
6
2
msport.az

8Mənbələr