RU

Jurnalistlərə hədiyyə: Kino, popkorn və içki — Hamısı pulsuz!

22 iyul – Milli Mətbuatımızın 150 illik yubileyi — bu yalnız peşə bayramı deyil, sözə, həqiqətə və cəmiyyətə xidmət edən hər kəsi böyük hörmətlə yad etmək günüdür. Mətbuat əməkdaşlarının fədakarlığı sayəsində biz hər gün obyektiv məlumat alır, ölkə və dünyada baş verənləri yaxından izləyə bilirik.

150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

“CineMastercard” premium kinoteatrlar şəbəkəsi bu əlamətdar gün münasibətilə media nümayəndələrinə təşəkkürünü bildirir və istənilən filmə pulsuz bilet, həmçinin popkorn və içki təqdim edir. Pepperoni pizza

Hədiyyəni əldə etmək üçün zəruridir:

•    22 iyul tarixində istənilən “CineMastercard” kinoteatrına gəlmək

•    Mətbuat əməkdaşı olduğunu təsdiq edən vəsiqəni təqdim etmək

•    Qısa bir blankı doldurmaq

•    İstənilən filmi seçmək

“CineMastercard” kinoteatrı media nümayəndələrinə obyektivliklərinə, sədaqətlərinə və cəmiyyətin məlumatlı qalması yolunda göstərdikləri fədakar əməyə görə ürəkdən təşəkkür edir. Sizin işiniz insanlara ilham versin, nəşrləriniz böyüsün və fəaliyyətiniz yeni nailiyyətlər gətirsin!

Bayramınız mübarək, dəyərli jurnalistlər!


Telegram kanalımız
Избранный
16
20
yenisabah.az

10Источники