RU

Universiadada ilkə imza atan gimnastlarımız Bakıya qayıdıb

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında uğur qazanan bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıya qayıdıb.

İdman.biz xəbər verir ki, gimnastları Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, idmançılar və ailə üzvləri qarşılayıblar.

Komandamız Universiadanı 3 medalla başa vurub. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş mükafata sahib olub.

Bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

İdman.biz

Избранный
6
36
idman.biz

10Источники