Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında 3 medal qazanmış Azərbaycanın bədii gimnastları vətənə dönüb.
Bu barədə "Report"a Gomnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İdmançıları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.
Qeyd edək ki, bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.