RU

“Neftçi” rumıniyalı futbolçu ilə anlaşdı

Növbəti mövsüm üçün transfer fəaliyyətini davam etdirən "Neftçi" daha bir futbolçunun keçidini həll edib.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" rumıniyalı müdafiəçi Kristian Kostini rənglərinə bağlayıb.

Azad agent statusunda olan 27 yaşlı sağ cinah  müdafiəçisi ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Kristian Kostinin son klubu "Dinamo" olub. Təcrübəli futbolçu ötən mövsüm Buxarest təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
27
3
bizim.media

10Источники