RU

İstanbul bu həftə yenidən dünya diplomatiyasının mərkəzində olacaq

İstanbul, 21 iyul, Günel Karatepe, AZƏRTAC

Türkiyənin diplomatik mənbələrindən verilən məlumata görə, İran ilə İngiltərə, Fransa və Almaniya arasında aparılan nüvə danışıqlarının bu həftə cümə günü İstanbulda baş tutacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, 2015-ci il nüvə sazişinin avropalı iştirakçılarının (E3 – İngiltərə, Fransa, Almaniya) tələbi ilə İran yeni danışıqlar turunu qəbul edib. İyulun 25-də İstanbulda xarici işlər üzrə nazir müavinləri səviyyəsində keçiriləcək nüvə danışıqlarında İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevançi və Kazım Qaribabadi təmsil edəcəklər.

Həftə ərzində İstanbulda daha bir danışıqlar masasının Rusiya ilə Ukrayna arasında qurulması planlaşdırılır.

Избранный
50
14
azertag.az

10Источники