RU

İranda güclü partlayış: 13 nəfər...

İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində küçədə güclü partlayış baş verib.

Ölkə.Az “star” qəzetinə istinadla xəbər verir ki, “Gilanistan” saytı partlayışın ötən gecə axşam saatlarında Şəhid Bahoner küçəsində olduğunu yazıb.

Hadisə 13 nəfərin yaralanmasına səbəb olub.

Partlayış nəticəsində dil tədris mərkəzinə, zərgərlik mağazasına, park edilmiş avtomobillərə və ətrafdakı bir neçə mağazaya ciddi ziyan dəyib.

İlkin məlumata görə, insident zamanı yaralananlar var, əksəriyyəti qız tələbələrdir. Xilasetmə qrupları yaralıları xəstəxanalara çatdırıb.

Rəşt Yanğından Mühafizə İdarəsi partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

Rəşt Baş Prokurorluğunun məlumatına görə, partlayış küçədəki zərgərlik mağazasında baş verib və itki yoxdur.

Billurə Yunus
 

Избранный
13
6
olke.az

10Источники