Bir çox insan media savadlılığının nə olduğunu anlamır.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu TRT World-ün aparıcı üzvü Jaffar Hasnain bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, jurnalistika sahəsi çox önəmli sahədir: "Hazırda dünyada sosial media geniş vüsət alıb və bir çox məlumat məhz sosial mediadan götürülür. Təəssüf ki, sosial media jurnalistikasında məlumat birbaşa sosial mediadan götürülərək xəbər portalına yerləşdirilir. Bu isə düzgün deyil".