RU

İranda dəhşətli partlayış: Yaralılar var

İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərinin küçələrindən birində baş verən və səbəbi hələlik məlum olmayan partlayış nəticəsində çoxlu sayda yaralanan, çoxu tələbə qızlar olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, Gilan əyalətindən yayımlanan Gilanistan xəbər saytının məlumatına görə, axşam saatlarında Rəşt şəhərinin Şəhid Bahoner küçəsində güclü partlayış baş verib.

Səbəbi hələ məlum olmayan partlayışda dil tədris mərkəzi, zərgər, park edilmiş avtomobillər və ətrafdakı bəzi mağazalara ciddi ziyan dəyib.

İlkin məlumata görə, çoxu tələbə qızlardan ibarət bir neçə nəfər xəsarət alıb. Xilasetmə qrupları yaralıları xəstəxanalara çatdırıb.

Xilasetmə və yanğınsöndürmə qrupları hadisə yerində işlərini davam etdirir, partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
4
13
turkustan.az

10Источники