RU

Rusiyada dəhşətli qəza: Avtobus uçurumdan aşdı - Ən azı 13 nəfər ölüb

  Yakutiyada "KamAZ" markalı avtobusun təxminən 30 metr hündürlüyü olan qayadan aşması nəticəsində 13 nəfər ölüb.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza Denisovski mədən-emal kompleksinin yaxınlığındakı xidməti yolda baş verib. Qəzanın səbəbi dəqiqləşdirilməyib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avtobusda 33 nəfər olub. Xəsarət alan 20 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib (ikisinin vəziyyəti ağırdır), daha 10 nəfər isə ambulator müalicə alır.

Müəyyən edilib ki, növbəli yük maşınının sürücüsü mədən ərazisindən çıxarkən maşın uçurumdan aşıb.

Yakutiyanın İstintaq Komitəsi iki və ya daha çox insanın ölümü ilə nəticələnən təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb.//Publika.az

Избранный
18
15
referans.az

10Источники