Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” klubunda ilk rəsmi oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümündə ilk oyununu keçirib.
Lyublin təmsilçisi doğma meydanda “Arka” ilə qarşılaşıb. “Motor” bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb. Renat bu görüşdə fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Komandası da qələbə qolunu onun meydana çıxmasından 5 dəqiqə sonra vurub. Azərbaycanlı hücumçu isə rəsmi debüt matçının 71-ci dəqiqəsində sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk etmişdi. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.