RU

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem yaranıb? - AYNA-dan AÇIQLAMA

İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem yaranıb.

Belə ki, sərinişinlər Biləsuvar ərazisindən İrana keçmək və Naxçıvana çatmaq üçün uzun müddət gözlədiklərini iddia ediblər. Onlar axşam saatlarından 80-dən çox adamın gömrük keçid məntəqəsində gözlədiyini bildiriblər.

Paralel.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov vurğulayıb ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb.

"19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük-keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirirlər. Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır".

Избранный
62
50
paralel.az

10Источники