RU

Ağstafada kran aşıb, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
 
Oxu.Az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.
 
Belə ki, 1993-cü il təvəllüdlü Aqil Qasımovun idarə etdiyi "KamAZ" markalı kran tipli yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
 
Qəza nəticəsində sürücü və onun sərnişinləri -1998-ci il təvəllüdlü Eltun Yusibov və 1988-ci il təvəllüdlü Elvin Yusibov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
 
Məlumata görə, sürücünün vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
91
50
moderator.az

10Источники