RU

Kran aşdı, xəsarət alanlar var 

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü A. Qasımov idarə etdiyi “KAMaz” markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1988-ci il təvəllüdlü və Eltun Yusibov və 1998-ci il təvəllüdlü Elvin Yusibovdur.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//APA  

Избранный
48
13
referans.az

5Источники