AZ

Ağstafada kran aşıb, xəsarət alanlar var

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Aqil Qasımov idarə etdiyi “KAMaz” markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1998-ci il təvəllüdlü Eltun Yusibov və 1988-ci il təvəllüdlü Elvin Yusibovdur.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
13
news365.az

5Mənbələr