RU

“Çelsi”nin müdafiəçisi “Atletiko Madrid”ə keçə bilər

İspaniyanın “Atletiko Madrid" klubu İngiltərə “Çelsi"sinin futbolçusu Renato Veyqanı transfer etmək istəyir.

Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı müdafiəçinin ətrafı ilə birbaşa əlaqə yaradıb.

Portuqaliyall futbolçunun özünün də İspaniya komandasına keçmək arzusu var.

Mənbənin məlumatına görə, “zadəganlar” Veyqanı 40 milyon avroya satmağa hazırdır. dəyərində qiymətləndirir.

Qeyd edək ki, Renato Veyqa 2024-cü ilin yayında İsveçrənin "Bazel" klubundan "Çelsi"yə keçib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliya "Yuventus"unda keçirib. Veyqanın “Çelsi”ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Избранный
332
6
teleqraf.com

10Источники