RU

Anton Krivotsyuk oynadı, komandası heç-heçə etdi

Cənubi Koreya çempionatında 22-ci turun matçları baş tutub. 

Operativ Media xəbər verir ki, milli komandamızın müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Qanqvon"un qonağı olub. 

Görüş 2:2 hesabı ilə yekunlaşıb. Krivotsyuk meydana start heyətində çıxıb və sona qədər oynayıb.

22 turdan sonra aktivində 36 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Избранный
42
50
operativmedia.az

10Источники