Futbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının və Kazanın “Rubin” klubunun müdafiəçisi Alina Dorofeyeva Rusiya Superliqasının 15-ci turunun rəmzi komandasına seçilib.
Operativ Media xəbər verir ki, bu barədə turnirin sosial şəbəkə hesabı məlumat yayıb.
Qeyd edək ki, Dorofeyeva turun “Zvezda-2005” klubu ilə qələbə qazanan oyununda (2:0) 69 dəqiqə meydanda olub.
Yeri gəlmişkən, Azərbaycan millisinin Kazan klubunda digər təmsilçisi Diana Məmmədova 90 dəqiqə meydanda olub.