RU

61 yaşlı kişi MRT-nin içinə sovuruldu

Amerika klinikalarından birində 61 yaşlı kişi maqnit rezonans tomoqrafiya (MRT) aparatına sürüklənib.

Publika.az "ABC News"a istinadla xəbər verir ki, kişini xilas etmək mümkün olmayıb.

Bildirilib ki, hadisə zamanı Nyu-York sakini boynuna metal zəncir taxıb. O, icazəsiz ekspertizanın keçirildiyi otağa daxil olub.

"O, işləyərkən cihazın içinə sovurulub. Zərərçəkmiş klinikada xəstə olmayıb, tibb müəssisəsinə başqası ilə gəlib", - jurnalistlər aydınlaşdırıblar.

Kişi ağır vəziyyətdə klinikaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Избранный
34
7
bakuinfo.net

8Источники