AZ

Xəstəxanada qorxunc olay: MRT cihazı kişini içinə çəkdi və...

ABŞ-ın Nyu York ştatında yerləşən Westbury şəhərində dəhşətli hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, şəxsi tibb mərkəzlərindən biri olan “Nassau Open MRI”də maqnetik rezonans (MR) cihazı 61 yaşlı kişini özünə çəkib. Hadisə nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Polisdən verilən açıqlamaya görə, kişi boynunda metal zəncir taxılı vəziyyətdə MR otağına daxil olub. Həmin vaxt cihaz işlək vəziyyətdə olduğundan güclü maqnit təsiri ilə zəncir aparata doğru çəkilib və bunun nəticəsində şəxs cihazın içərisinə sürüklənib. Qəfil baş verən bu hadisə ağır travmaya səbəb olub. Həkimlərin bütün səylərinə baxmayaraq, kişi ertəsi gün xəstəxanada dünyasını dəyişib. pizza hut

Xatırladaq ki, MR cihazları güclü maqnit sahəsi ilə işləyir və bu səbəbdən bu tip avadanlıqların yaxınlığında metal əşyalarla olmaq qəti şəkildə qadağandır. ABŞ Qida və Dərman Administrasiyası (FDA) da illərdir bu məsələdə insanları xəbərdar edir. 2001-ci ildə də oxşar bir hadisə zamanı 6 yaşlı uşaq oksigen balonu maqnit təsiri ilə MR aparatına çəkilmiş və həyatını itirmişdi.

Mütəxəssislər bildirirlər ki, MR müayinəsinə girməzdən əvvəl bütün metal əşyaların – zəncir, bilərzik, saat və s. – çıxarılması vacibdir. Həm xəstələrin, həm də tibb personalının bu qaydalara ciddi şəkildə əməl etməsi belə faciələrin qarşısını almaq üçün şərtdir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
16
7
yenisabah.az

8Mənbələr