Bakı. Trend:
Çin hakimiyyəti şənbə günü Tibet yaylasında yerləşən YarlunqTsanqpo çayı üzərində nəhəng su elektrik stansiyasının tikintisinəstart verib.
Trend xəbər verirki, bu barədə Çin mediası məlumat yayıb.
Cənubi Asiyanın ən böyük su arteriyalarından olan YarlunqTsanqpo çayı Hindistan və Banqladeş ərazisindən keçərək Qanq çayınabirləşir. Bu çay Hindistanda Brahmaputra, Banqladeşdə isə Camunaadlanır.
Tikinti layihəsinin açılış mərasimində Çin Xalq RespublikasınınDövlət Şurasının Baş naziri Li Tsian da iştirak edib. Bildirilibki, stansiyanın istehsal etdiyi elektrik enerjisi regiondan kənarəraziləri təmin etməklə yanaşı, yerli ehtiyaclara da cavabverəcək.
Layihəni həyata keçirən Power China tikinti şirkətininhesablamalarına görə, su elektrik stansiyası illik 300 milyardkilovatsaat elektrik enerjisi istehsal etmək gücünə malik olacaq.Hidrotexniki qurğunun ümumi dəyəri 167,1 milyard dollar olaraqqiymətləndirilir.
Layihə tamamlandıqda, Çinin Hubei əyalətində Yantze çayıüzərində yerləşən və hazırda dünyanın ən böyük elektrik stansiyasıhesab olunan “Üç dərə” bəndini geridə qoya bilər.