Suriyanın cənubundakı Əs-Suveyda əyalətində keçid hökuməti qüvvələri ilə druz özünümüdafiə dəstələri arasında baş verən silahlı toqquşmalarda 940 nəfər həlak olub.
Viral.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Bildirilib ki, iyulun 13-dən bəri davam edən toqquşmalarda druz bölmələri 326 döyüşçünü itirib, hökumət qüvvələrinin 312 hərbçisi həlak olub.
Son Yazılar:
- Suriyada druzlarla silahlı toqquşmalarda ölənlərin sayı AÇIQLANDI
- Zelenski Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif etdi
- Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
Digər ölənlər isə əsasən mülki vətəndaşlardır.
İyulun 19-da Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış nizamlama planına uyğun olaraq Əs-Suveydada atəşkəs elan edib.