AZ

Suriyanın Əs-Süveydə şəhərində döyüşlər tamamilə dayandırılıb

Suriya Daxili İşlər Nazirliyi silahlı qarşıdurmaların sona çatdığını təsdiqləyib…

Poliqon xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Nureddin əl-Baba Əs-Süveydə şəhərində qeyri-qanuni silahlı qrupların artıq olmadığını və bütün qarşıdurmaların dayandırıldığını bildirib. Onun sözlərinə görə, hazırda şəhərdə vəziyyət sabitdir və hər hansı toqquşma qeydə alınmır. Bu barədə məlumatı SANA agentliyi yayıb.

Ölkənin Səhiyyə Nazirliyi Əs-Süveydəyə 20 təcili yardım maşını göndərib. Münaqişə nəticəsində bölgədə 940-dan çox insanın həlak olduğu açıqlanıb.

Silahlı toqquşmalar iyulun 13-də bədəvi silahlı dəstələri ilə druz icmasının mühafizə dəstələri arasında başlamışdı. İki gün sonra Suriya ordusu Əs-Süveydə vilayətinin inzibati mərkəzində təmizləmə əməliyyatına başlamışdı. İsrail hakimiyyəti druz icmasına dəstək verərək Suriya hərbi texnikasına zərbələr endirmişdi.

İyulun 19-da Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa qarşıdurma tərəfləri arasında atəşkəs rejiminə nail olunduğunu açıqlamışdı.

Poliqon.info

Seçilən
50
37
poliqon.info

10Mənbələr