RU

Qril hazırlamaq üçün kolbasaları yalnız belə seçin: sadə və asan

Yarımfabrikat ət məhsulları – kotlet, kolbasa, qiymə və s. – sürətli və rahat yemək həlli kimi məşhurdur.

News24.az xəbər verir ki, lakin bu məhsulların seçimi zamanı aşağı keyfiyyətli və ya təhlükəli məhsula rast gəlmək riski yüksəkdir. Bu barədə Milli Ət Assosiasiyasının rəhbərinin müavini Maksim Sinelnikov vacib məqamları açıqlayıb.

1. Qablaşdırma və satış yeri

Sənaye qablaşdırması olan məhsullara üstünlük verin – onlar daha çox yoxlamadan keçir və izlenebilirlik təmin olunur.

Yüksək dövriyyəli mağazalarda alış-veriş edin – belə yerlərdə məhsullar tez satıldığından, köhnəlmiş mal almaq ehtimalı azalır.

Etiketsiz və boş qablaşdırmadakı məhsullardan uzaq durun – təzəliyini və tərkibini yoxlamaq çətindir.

2. Saxlama şəraiti

Soyuducudakı temperaturu yoxlayın – istehsalçının tövsiyə etdiyi dərəcə adətən -1,5°C ilə +6°C aralığında olur.

Buz qatına diqqət edin – məhsulun üzərində buz varsa, bu, təkrar dondurulma əlamətidir və keyfiyyəti şübhə altına alır.

Aqil

Избранный
64
news24.az

1Источники