RU

Azərbaycanın Avropa Gənclər Paralimpiya Oyunlarında bayraqdarları bəlli oldu

Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Milli Paralimpiya Komitəsindən Day.Az-а verilən məlumata görə, paratekvando üzrə Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva Azərbaycan bayrağını daşıyacaqlar.

 

Qeyd edək ki, açılış mərasimi iyulun 24-də, Cebeci İdman Kompleksində keçiriləcək.

Избранный
72
21
day.az

10Источники