RU

Rusiyadan Ukraynaya total HÜCUM

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu ölkəsinə 30-dan çox raket və 300-dən artıq pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. 

"Cebheinfo.az" xəbər verir ki, Zelenski “Telegram” hesabında paylaşdığı məlumatda rusların Ukraynaya raket və PUA ilə genişmiqyaslı hücum təşkil etdiyini vurğulayıb. Prezident qeyd edib ki, Rusiya bu hücumda müxtəlif tipli 30-dan çox raket və 300-dən artıq PUA istifadə edib və hücum təhlükəsi hələ də davam edir. 

Zelenski Odessada bu hücumlar nəticəsində bir nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını açıqlayıb. O, Ukraynanın bir neçə bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyini də bildirib. Bundan əlavə, Dnipropetrovsk bölgəsindəki Pavlohrad şəhərinə də intensiv hava hücumu təşkil olunub. 

Sumi bölgəsində isə minlərlə ailə elektrik enerjisiz qalıb. Zelenski Rusiyanın hücumlarını önləmək üçün daha çox PUA və hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu qeyd edib. Müttəfiqlərin bu cür silahların Ukraynada istehsalına sərmayə yatırmasının əhəmiyyətini vurğulayıb. 

Избранный
55
48
cebheinfo.az

10Источники