RU

Günəşdə az olmaq mədə xərçənginəsəbəb olur


Günəşli günlərin az olması mədəaltı vəzi xərçənginə səbəb ola bilər.


“Medicina” xəbər verir ki, Kaliforniya Universitetinin alimləri günəşli günlərin az olduğu ölkələrdə mədəaltı vəzi xərçəngi xəstələrinin çox olmasını müəyyən ediblər. Bu şiş növü ən ölümcül xəstəliklərdən biridir.

Günəşli günlərinçox az olduğu Rusiya kimi ölkələrdə mədəaltı vəzi xərçəngi qurbanlarının maksimum sayı müşahidə olunur. Amerikalı alimlər müəyyən ediblər ki, belə vəziyyətdə orqanizmi kifayət qədər D vitamini istehsal etmir və bu da şişin yaranma riskini artırır.

Beləliklə, ekvator bölgəsində günəşli iqlimli ölkələrdə yaşayan insanların mədəaltı vəzi xərçənginə tutulma ehtimalı çbuludlu ərazilərdə yaşayanlara nisbətən 6 dəfə azdır. Bu araşdırmanın nəticələri D vitamini çatışmazlığının təhlükələrini bird aha təsdiq edir.

Bu vitamin yağlı balıq, mal əti qaraciyəri, pendir və yumurta kimi az miqdarda qidalarda olur. Lakin heç bir qida mənbəyi D vitamini normasını doldura bilmir. Bədənimizdə yalnız günəş işığının dəriyə birbaşa təsiri altında istehsal olunur.

Alkoqoldan sui-istifadə, piylənmə və siqaret də daxil olmaqla, xəstəlik üçün müxtəlif risk faktorlarıdanəzərə alınmalıdır.


Aygün Musayeva

Избранный
40
medicina.az

1Источники