RU

Abramyandan Moskvanı sevindirən, İrəvanı qorxuya salan sözlər

  “ABŞ və Qərb Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcək”.

Bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan “RİA Novosti”yə deyib.

O, Avropanın İrəvana bunun üçün rəsmi sənədlə zəmanət verməli olduğunu söyləyib:

 “İndiyə qədər sadəcə söz danışıblar, əyani bir addım yoxdur. Sadəcə Avropadan bir neçə müşahidəçi göndəriblər, başqa heç nə. Amma Rusiyanın 3 min hərbçidən ibarət bazası var. Nə Ukrayna, nə Moldova, nə də Gürcüstan Avropa İttifaqına qəbul edilməyiblər. Lakin onlar da anti-Rusiya siyasəti yürütdülər. Baş nazir Nikol Paşinyanı Avropada məhz Rusiya əleyhinə addım atsın deyə qəbul edirlər”./Globalinfo.az   

Избранный
83
5
referans.az

10Источники