AZ

Sərdar Ortaç sevənlərini kədərləndirdi

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç son açıqlaması ilə diqqətləri yenidən üzərinə çəkib.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, səhhətindəki problemlərlə yanaşı şəxsi həyatında da çətin dövr yaşayan sənətçi mirası ilə bağlı verdiyi qərarla hər kəsi təəccübləndirib.

Hazırda kirayə evdə yaşayan Ortaç artıq hər şeyi satmağa başladığını deyib:

“Bütün əmlakımı satıram. Mirasımı isə köməkçimə buraxacağam. O, artıq 27 ildir yanımdadır. Bacı-qardaşım yoxdur, valideynlərim dünyasını dəyişib. Mənə can yoldaşı olub. Onun hər şeyə haqqı var”.

Ortaç bu sözləri ilə həm təkliyini, həm də yaxınlarına olan etibarını bir daha vurğulayıb. O, həmçinin şəxsi həyatında yaşadığı sıxıntıların onu bu cür qərarlar verməyə vadar etdiyini bildirib.

"Cebheinfo.az"

Seçilən
9
3
cebheinfo.az

10Mənbələr