RU

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzulidədir

III Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana gələn xarici qonaqlar Füzuliyə çatıb.

Sitat.info xəbər verir ki, forum iştirakçılarını daşıyan təyyarə Füzuli beynəlxalq hava limanına eniş edib.

III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.

“Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş forum iyulun 19-dan 21-dək keçiriləcək.

Избранный
65
26
sitat.info

10Источники