RU

Azərbaycan tütün istehsalını və idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən56,765 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatlarıidxal edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, tütün idxalına çəkilən xərc ötən ilin eyni dövrüilə müqayisədə 2,411 milyon ABŞ dolları, yaxud da 4,4% çoxdur.

Belə ki, 2024-cü ilin ilk altı ayında Azərbaycana xariciölkələrdən 54,354 milyon ABŞ dolları dəyərində tütün və tütünməmulatları idxal edilmişdi.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanda 467,3 milyon manatdəyərində tütün məmulatları istehsal edilib. Tütün məmulatlarınınistehsalı illik müqayisədə 122,9 milyon manat və ya 35,7%çoxdur.

Ötən ilin yanvar-iyun aylarında ölkədə 344,4 milyon manatdəyərində tütün məlumatları istehsal edilmişdi.

Избранный
69
50
az.trend.az

10Источники