Vüqar Bayramov: “Qarabağ yaxın müddətdə Azərbaycandaiqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcək”
“Buraya (Azad olunan torpaqlara – red.) qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini, demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə artıq təmin edilib. Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub”.
Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Prezident çıxışı zamanı qeyd edib ki, infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək.
Ölkə başçısının dediyindən belə aydın olur ki, Qarabağda yenidənqurma işləri sürətlə davam edir. Növbəli və bir-birini tamamlayan proqramdır. Əvvəlcə elektrikləşdirmə, sonra tam sürətlə evlər tikintisi həyata keçirilir.
“İşğaldan azad edilmiş ərazilərdə kifayət qədər məhsuldar yenidənqurma, bərpa, məskunlaşma işləri davam edir”
Mövzu ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, inkişaf edir: “İlk növbədə işğaldan azad edilən ərazilərdə infrastrukturun formalaşması, elektrik xətlərinin düzəlməsi əsas hədəflərdəndir. Bu istiqamətdə də artıq real nəticələr müşahidə olunur. Nəzərə almaq lazımdır ki, İtaliyaşirkətləri ilə elektrik stansiyalarının qurulması, istifadəsi ilə bağlı kifayətqədər məhsuldar əməkdaşlıq olub. Danılmaz faktdır ki, artıq inşaat mərhələsi sürətlə davam edir. O da bəllidir ki, Qarabağda 50 mindən artıq vətəndaşımız yaşayır, işləyir. Onlardan 15 mindən çoxu məhz keçmiş məcburi köçkünlərdir və həmin şəxslər daimi məskunlaşmış vətəndaşlarımızdır. 2026-cı ilin sonuna qədər qeyd edilən rəqəm 140 minə qədər yüksələcək. Bu fakt ondan xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə kifayət qədər məhsuldar yenidən qurma, bərpa işləri həyata keçirilir. Bu işlərlə yanaşı, məskunlaşma işləri də davam edir. Bütünbunlar ondan xəbər verir ki, Qarabağ yaxın müddətdə Azərbaycandaiqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcək”.
Günel CƏLİLOVA