Moto GP-də mövsümün 12-ci yarışı Çexiyada keçirilir.

Offsideplus.az xəbər verir ki, təsnifat mübarizəsi az öncə başa çatıb. "Dukati"nin italiyalı baykeri Pekko Banyaya hamıdan sürətli olub. 

Banyayanın komanda yoldaşı, çempionatın lideri Mark Markes yaxşı gedərkən müvazinətini itirib və 2-ci yeri tutub.

3-cü yeri isə Fabio Kuartararo əldə edib.

Bu gün Bakı vaxtı ilə saat 5-də sprint yarışı keçiriləcək. Sabah isə əsas yarış keçiriləcək.

M. Markes 344 xalla çempionata başçılıq edir. Onun balaca qardaşı Aleks Markes 261 xala malikdir və 2-ci yerdədir.