“Nottingem Forest” yeni mövsüm öncəsi ön xəttə güclənmək üçün axtarışlarını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, avrokuboklarda iştirak edəcək “meşəçilər” indi diqqətini “Mançester Yunayted”in kənarda qalan oyunçusu Ceydon Sançoya yönəldib.
“Nottingem Forest” 25 yaşlı vinger üçün rəsmi təklif hazırlayır. Xatırladaq ki, Sanço ötən mövsümün ikinci yarısını “Çelsi”də icarə əsasında keçirsə də, “qırmızı şeytanlar”ın planlarında artıq yer almır.
“Nottingem Forest” klubunun rəhbərliyi hesab edir ki, Sanço formaya düşmək və əvvəlki parlaq oyun səviyyəsini bərpa etmək üçün ideal namizəddir.
Transfermarkt portalı futbolçunun hazırkı bazar dəyərini 28 milyon avro olaraq göstərir.