RU

ABŞ-də kruiz gəmisinin göyərtəsində "müəmmalı xəstəlik" - 134 sərnişin virusa yoluxdu

BAKI, 18 iyul. TELEQRAF

Dəbdəbəli kruiz gəmisinin yüzdən artıq sərnişini ABŞ-dən Meksikaya səfər zamanı naməlum xəstəliyə yoluxub.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

“Navigator of Seas” kruiz gəmisi Los-Ancelesdən Meksikaya yola düşüb. Yeddi günlük səyahət müddətində 134 sərnişin və 7 ekipaj üzvü özlərini pis hiss ediblər: onlar qusma, mədə sancıları və ishaldan əziyyət çəkiblər.

Kruiz iyulun 11-də başa çatıb. Müəmmalı xəstəliklə yoluxmanın dəqiq səbəbi hələ də məlum deyil. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün şirkət gəmidə sanitar tədbirləri gücləndirib və bütün zərərçəkmişləri təcrid edib.

Избранный
64
15
teleqraf.com

10Источники