RU

Berdiməhəmmədovun Azərbaycana həm Bakı, həm də Aşqabad üçün faydalı olacaq



Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəribir çox parametrləri üzrə əhəmiyyətlidir. İlk növbədə bu səfər Bakı ilə Aşqabad arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olacaq.

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, iki ölkə arasında çoxtərəfli əməkdaşlıq mühiti mövcuddur və hər iki ölkə istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində yüksək səviyyəli əməkdaşlıq edir. Bakı ilə Aşqabad arasında əməkdaşlığın daha çox enerji sektorunu əhatə etdiyini deyən Arzuman Muradlı buna misal kimi "Dostluq" yatağı ilə bağlı əldə edilmiş razılaşmanı göstərib:

"Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri qeyri-enerji sektorunda da əməkdaşlıq üçün yeni imkanlar açacaq. Səfər çərçivəsində Berdiməhəmmədovun Şuşa və Füzulidə olması türkmən investorlarının Qarabağ və Şərqi Zəngəzura marağını artıra və bu bölgəyə türkmən investisiyalarının cəlb edilməsinə imkan yarada bilər. Eyni zamanda Türkmənistandan olan turistlərin də güman etmək olar ki, Qarabağ və Şərqi Zəngəzura səfərləri intensivləşə bilər".

Arzuman Muradlı onu da qeyd edib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri Aşqabadın Türk Dövlətləri Təşkilatında aktiv iştirakına da zəmin yaradacaq:

"Bu bir danılmaz faktdır ki, son vaxtlar Azərbaycan türk dünyasının lokomotivinə çevrilməkdədir. Müntəzəm olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Azərbaycana səfər etməsi bunun əyani sübutudur. Bu mənada Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini də məhz Aşqabadın TDT-yə marağının artması kimi də xarakterizə etmək olar. Ümumən götürəndə sözügedən səfər bütün parlametrləri üzrə həm Bakı, həm də Aşqabad üçün faydalı olacaq".

Süleyman
Избранный
11
newscenter.az

1Источники