RU

Azərbaycan idmançıları Skopyeyə yollandı

Azərbaycan stolüstü tennisçiləri Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak etmək üçün bu gün yarışın təşkil olunacağı Şimali Makedoniyanın paytaxtı Skopyeyə yola düşüblər.

Futbolpress.az xəbər verir ki, yarışda Şəbnəm Mansurova ilə Uğur Nəzərli mübarizə aparacaq.

Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, EYOF-da stolüstü tennis yarışları iyulun 22-26-sı aralığında keçiriləcək. Azərbaycanı bu yarışda ümumilikdə 10 idman növü üzrə 52 idmançı təmsil edəcək.

Избранный
33
6
futbolpress.az

7Источники