Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 17-də polis əməkdaşları paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 4 tüfəng, 4 ədəd patron və 1 alışdırıcı aşkar edərək götürüblər.