
Ukrayna prezidenti Vladimir Zelenski keçmiş müdafiə naziri Rustem Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi təyin edib.
Reyting.az xəbər verir ki, dövlət başçısı 18 iyulda bununla bağlı 496/2025 nömrəli sərəncam imzalayıb.
“Umerov Rustem Enveroviç Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin”,- sərəncamda deyilir.
Prezident başqa bir sərəncamla Aleksandr Litvinenkonu bu vəzifədən azad edib.
Xatırladaq ki, Umerov 2023-cü il sentyabrın 6-dan müdafiə naziri, Litvinenko isə 2024-cü il martın 26-dan Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri vəzifəsində çalışıb.
ELÇİN