AZ

Krım tatarlarının nümayəndəsi Ukraynada Müdafiə Şurasının katibi təyin edilib

Krım

Ukrayna prezidenti Vladimir Zelenski keçmiş müdafiə naziri Rustem Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi təyin edib.

Reyting.az
xəbər verir ki, dövlət başçısı 18 iyulda bununla bağlı 496/2025 nömrəli sərəncam imzalayıb.

“Umerov Rustem Enveroviç Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin”,- sərəncamda deyilir.

Prezident başqa bir sərəncamla Aleksandr Litvinenkonu bu vəzifədən azad edib.

Xatırladaq ki, Umerov 2023-cü il sentyabrın 6-dan müdafiə naziri, Litvinenko isə 2024-cü il martın 26-dan Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri vəzifəsində çalışıb.

ELÇİN
Seçilən
13
reyting.az

1Mənbələr