RU

Yanvar-iyun aylarında MDB ölkələri ilə ticarət dövriyyəsi 25 faizdən çox artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 25,3 faiz artaraq 3,8 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan MDB ölkələrinə ixrac: 858,1 milyon dollar (+7,3 faiz)

MDB ölkələrindən Azərbaycana idxal: 3 milyard dollar (+31,5 faiz)

Cari ilin ilk 6 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,9 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 1,67 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Избранный
22
1
vergiler.az

10Источники