Bu ilin yanvar-may aylarında Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 8,4 faiz artaraq 357,7 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Yunanıstana ixrac: 334,2 milyon dollar (+9,1 faiz)
Yunanıstandan Azərbaycana idxal: 23,5 milyon dollar (-0,6 faiz)
Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstanla ticarətin payı 1,7 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi