RU

Şimali Osetiyada terror aktı planlaşdıran yeniyetmələr saxlanılıb

Şimali Osetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törətməyi planlaşdıran iki yeniyetmə saxlanılıb.

Doğru.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, hər iki yeniyetmə 15 yaşındadır və onlar terror aktı hazırlamaq məqsədilə xüsusi təlim keçiblər. İstintaq zamanı onlardan birinə məxsus qapalı ünsiyyət kanalında müvafiq təlimatlar və ekstremist məzmunlu ədəbiyyat aşkar edilib.

Bildirilir ki, gənclər partlayıcı maddələr hazırlamaq üçün komponentlər alaraq evdə saxlayıblar. Lakin hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi nəticəsində onların cinayəti həyata keçirməyə imkanları olmayıb. Hazırda hər iki şəxs həbsdədir.

Qeyd edək ki, bundan əvvəl FSB əməkdaşları Tümen vilayətində Ukrayna xüsusi xidmət orqanlarına cəlb olunmuş bir şəxsin Rusiya hərbçisinə qarşı terror aktı törətmək planının qarşısını almış və həmin şəxsi zərərsizləşdirmişdi.

DOĞRU.AZ

Избранный
12
dogru.az

1Источники