Moskvada qanunsuz miqrasiyanın təşkili ilə bağlı aparılan əməliyyat zamanı bir neçə Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Onların saxta sənədlər hazırlayaraq üçüncü ölkələrdən gələn şəxslərə Rusiya ərazisində qalmaq və hərəkət etmək üçün şərait yaratdıqları bildirilir.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslər müxtəlif saxta pasportlar, qeydiyyat blankları və digər rəsmi sənədlər düzəldərək xarici vətəndaşlara təqdim ediblər.
Hazırda faktla bağlı araşdırma aparılır, saxlanılan şəxslərin dəqiq sayı və kimliyi barədə əlavə məlumat verilmir.
Rusiya hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta