RU

Şimali Koreya Lavrovun səfərindən sonra əcnəbilərə çimərlik kurortuna girişi qadağan edib

Şimali Koreya şərq sahilində bu yaxınlarda açılmış çimərlik kurortuna əcnəbilərin girişini dayandırıb...

Poliqon xəbər verir ki, Bloomberg-in məlumatına görə, bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun əraziyə səfərindən cəmi bir neçə gün sonra baş verib.

Şimali Koreyanın Milli Turizm İdarəsi, bu ay açılan Wonsan-Kalma sahil turizm bölgəsinin xarici ziyarətçilər üçün müvəqqəti olaraq bağlandığını, lakin əlavə məlumat vermədiyini bildirib.

Çimərlik kurortunun Şimali Koreya lideri Kim Çen Inın sevimli layihələrindən biri olduğu deyilir və burada lüks otellərdə və şəxsi villalarda təxminən 7000 qonaq otağı, açıq su parkı və hava limanı var. Kimin sahildə şəxsi malikanəsi var və layihənin gedişatını izləmək üçün tikinti zamanı tez-tez əraziyə baş çəkib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya son səfəri zamanı kurort şəhərciyində olub. Wonsanda Şimali Koreyalı həmkarı ilə görüşən Lavrov Rusiyanın Şimali Koreyaya rus turist axınını artırmaq üçün mümkün olan hər şeyi edəcəyini deyib.

Şimali Koreyanın niyə əcnəbilərin kurort zonasına girişini məhdudlaşdırmaq qərarına gəldiyi hələ aydın deyil, lakin bəzi analitiklər hesab edirlər ki, layihə üzrə hələ də görüləsi işlər var.

Stimson Mərkəzinin 38 Şimal proqramı peyk şəkillərinə istinadən bildirir ki, kurort açıqdır, lakin hələ tamamlanmayıb: "Korortun ən böyük binalarından biri olan "Calmegi Hotel"in yanındakı otel istifadəsiz görünür. Yaxınlıqda az adam var və damdakı hovuz hələ su ilə dolmayıb".

Wonsan-Kalma kurortu 2018-ci ildən tikilir və xüsusi olaraq xarici istirahətçilər üçün yerləşdirilib. Bu gün Rusiya turizm agentliklərinin məlumatına görə, bu ərazidə 17 iri mehmanxana, 37 kiçik hostel, 29 ticarət mərkəzi və 35 ictimai xidmət obyekti tikilib.

Ehtimal olunur ki, xarici ziyarətçilərin əsas hissəsini rus və çinli turistlər təşkil edəcək, lakin orada ingilis və ya amerikalı turistləri görmək çətin olacaq.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники