RU

“Sabah”ın daim təzə qalan dərdinin əlacı tapıldı

“Sabah”ın idman direktoru İqor Ponomaryov Avropa Liqasında “Çelye” ilə Bakıda keçirilən oyundan sonra demişdi ki, baş məşqçisi Valdas Dambrauskas təzədir, ona vaxt vermək lazımdır. Vaxt vermək lazımdır ki, öz oyun fəlsəfəsinə uyğun komanda qura bilsin.

Haqlıdır, belə də olmalıdır. Amma “Sabah”da heç vaxt köhnə baş məşqçi olmur. “Sabah”da baş məşqçiləri köhnəlməyə qoymurlar. Mövsümün əvvəlində gətirib, sonunda göndərirlər. İllərdir ki, belədir.

“Sabah”da hər şey təzə qalır, köhnələn isə elə köhnələrdir – İqor Ponomaryovdur, Maqsud Adıgözəlovdur. Az qala klub yaranandan kök salıblar “Sabah”da. Onlar özləri köhnəliblər, amma “Sabah”da hər şeyi təzələyirlər. İlbəil. “Sabah”ın daim təzə qalan dərdinin əlacı köhnələrdir. Onları da təzələmək lazımdır. Yubanmadan.

Избранный
82
publika.az

1Источники